Jurnalist müğənni Cananla eşq yaşayan qalmaqallı iş adamı Emin Huseynovu TUTDURDU

18.02.2025

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"TikTok" fenomeni, İş adamı Emin Huseynov Sabunçu rayon polis İdarəsində saxlanılıb. 

Emin Huseynovun saxlanılması Azərbaycanreallığı.az saytının Baş redaktorunun ərizəsi əsasında olub.  Bildirək ki, Emin Hüseynov "Guseynoff" şərab zavodu rəhbəri, tanınmış iş adamı "TikTok" fenomeni "Quseynoff_009" ləqəbi ilə tanınır. Gəncə və Göygöl şəhərlərində bir neçə şərab zavodunun direktorudur, həmçinin Bakı şəhərində və digər rayonlarda böyük biznesə sahibdir. Onun maliyyə kapital dəyəri millyonlarla ölçülür. Təkcə idarə etdiyi "Gelandewagen" markalı avtomobilinin qiyməti 300 min dollar dəyərində qiymətləndirilir.  Adı xəbər portallarında və sosial şəbəkələrdə bəzi qalmaqallarda hallanan Emin Hüseynov  müğənni Cananla eşq yaşayır və sponsorluq etdiyi deyilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью