Jurnalist Şahnaz Bəylərqızı həbs edildi 3 ay 15 müddətinə... (YENİLƏNİB)

06.02.2025

Icma.az, Mia.az portalına istinadən məlumat yayır.

"Toplum TV" işi üzrə fevralın 5-də saxlanılan Şahnaz Bəylərqızı barəsində bu gün həbs qətimkan tədbiri seçilib.

Mia.az xəbər verir ki, Xətai Rayon Məhkəməsinin qərarı ilə onun haqda 3 ay 15 gün müddətinə həbs qərarı çıxaırlıb.

O, Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

***

"Toplum TV" işi üzrə daha bir nəfər saxlanılıb.

Mia.az xəbər verir ki, jurnalist Şahnaz Bəylərqızı fevralın 5-də tutulub.

DİN mətbuat xidmətindən fakt təsdiqlənib.

Bildirilib ki, Hüseynova Şahnaz istintaq zərurəti ilə əlaqədar saxlanılıb və araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью