Jurnalist səhv etdi, Mourinyo düzəltdi

10.09.2026

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Jurnalist səhv etdi, Mourinyo düzəltdi

“Real”ın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “İnter” üzərində qələbədən (2:1) sonra jurnalistin sözlərinə ironik cavab verib.

QOL.az xəbər verir ki, “Əvvəla, sizi burada, Çempionlar Liqasında yenidən görmək xoşdur. Sanki heç getməmisiniz”- deyə jurnalist bildirib.

Təcrübəli baş məşqçi isə gülümsəyərək xanım jurnalistin səhvini düzəldib: "Mən ötən mövsüm burada "Benfika" ilə oynamışdım".

Qeyd edək ki, portuqaliyalı mütəxəssisin rəhbərlik etdiyi “Benfika” ötən mövsüm Çempionlar Liqasında pley-off mərhələsinə qədər irəliləyib və burada “Real”a məğlub olub.

Mourinyo yayda "Benfika"dan ayrılıb və 13 il sonra ikinci dəfə “Real”a baş məşqçi təyin edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью