Jurnalistika ilə bağlı 5 maraqlı FAKT | Icma.az
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Jurnalistika insanlara informasiya ötürmək missiyasını daşıyan, cəmiyyətin inkişafına təsir edən mühüm peşələrdən biridir.
Lakin bu sahə təkcə xəbərlə kifayətlənmir – onun tarixində və inkişaf mərhələlərində maraqlı məqamlar gizlənir.
Bu yazıda jurnalistika ilə bağlı az məlum olan beş fakt göstərilir.Bakıvaxtı.az həmin faktları təqdim edir.Birinci fakt ondan ibarətdir ki, 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən nəşr edilən "Əkinçi" qəzeti təkcə Azərbaycanın deyil, ümumilikdə müsəlman Şərqinin ilk dünyəvi mətbu orqanlarından biri hesab olunur.
Maarifçilik ideyalarını əsas tutaraq yayımlanan qəzet milli mətbuatın bünövrəsini qoyub.İkinci maraqlı fakt jurnalistika sözünün mənşəyi ilə bağlıdır.
Bu termin Latınca "diurnalis" – yəni "gündəlik" sözündən yaranıb.
Bu, ilk jurnalistlərin gündəlik məlumatları toplayıb yazdıqlarını göstərir və jurnalistikanın gündəlik həyatla necə sıx bağlı olduğunu sübut edir.Üçüncü fakt müxbir və reportyor anlayışlarının fərqlənməsi ilə bağlıdır.
Hər iki peşə sahibinin əsas işi informasiya toplamaq olsa da, müxbir müəyyən sahə üzrə ixtisaslaşır və daha analitik materiallar hazırlayır, reportyor isə hadisə yerindən operativ xəbər verir.
Tam oxu
Xəbəri oxu