Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Dünyada ilk parkmetr 1935-ci ildə ABŞ-nin Oklahoma şəhərində quraşdırılıb.
Avtosfer.az xəbər verir ki, kəşfin müəllifi jurnalist Karlton Meqidir. Onun məqsədi şəhərin mərkəzində parklama yeri problemini həll etmək idi: sürücülər vaxtlarını düzgün bölsünlər, maşını bir yerdə günlərlə atıb getməsinlər.
Şəhər rəhbərliyi qısa müddətdə başa düşdü ki, park sayğacları büdcə üçün çox yaxşı gəlir mənbəyidir. Buna görə də, onların tətbiqi genişləndirildi.
Yeni ixtiranı sürücülər obrazlı desək, top-tüfənglə qarşıladılar. Onlar iddia edirdilər ki, parkmetr gizli vergidir və heç bir halda sürücünün rahatlığına xidmət etmir.
Həmin illərdə Azərbaycan SSR-də parklama problemi yox idi, çünki ümumiyyətlə avtomobil sayı barmaqla sayılacaq qədər idi. 1948-ci ildən ölkədə avtomobillərin sərbəst satışına icazə verilsə də, kütləvilik yaranmadı.
Vüqar