Jurnalistin Qəzzadakı hərəkəti gündəm oldu VİDEO

09.10.2025

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

İsrail və HƏMAS arasında atəşkəs razılaşmasının əldə edilməsi xüsusi Qəzza zolağında böyük coşğu və sevinclə qarşılanıb. 

Globalinfo.az xəbər verir ki, “Əl-Cəzirə” telekanalının Qəzza müxbirinin atəşkəs xəbərini təqdim etməsinin görüntüləri gündəm olub.

Müxbir xəbəri çatdırarkən zirehli jilet və başlığı çıxarıb:

“İki ildir başımda daşıdığım bu qoruyucu kask və artıq bədənimə yapışan zirehli jileti çıxara bilərəm. Artıq ölüm təhlükəsiz yoxdur, bu tarixi anları sizlərlər paylaşmaq istəyirəm”.

Sözügedən görüntülər dünya mediası və sosial şəbəkələrdə sürətlə yayılıb.

Qeyd edək ki, atəşkəs razılaşmasına əsasən HƏMAS bütün israilli girovları azad edəcək, İsrail tərəfi isə qoşunları qərarlaşdırılan mövqelərə çəkəcək.

Əliyar Xəlil
Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью