Jurnalistin sualı Trampı qəzəbləndirdi “Səndən Baş nazirə danışacam”

17.09.2025

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp onu biznes əlaqələri və sərvəti ilə bağlı sorğu-sual edən avstraliyalı jurnalist Con Lyonsu tənqid atəşinə tutub. 

Jurnalistin:“Ağ Evə qayıtdıqdan sonra nə qədər sərvət qazanmısınız?" sualına Tramp jurnalistlə bağlı Avstraliyanın Baş naziri Entoni Albanesə məlumat verəcəyi ilə hədələyib.

 “Məncə, siz hazırda Avstraliyaya çox ziyan vurursunuz, onlar da mənimlə yola getmək istəyirlər. Baş nazir Anthoni Albanes ilə çox yaxında görüşəcəm. Ona səndən danışacağam. Çox pis dil işlətdin", -deyə o qeyd edib.

Hadisədən sonra açıqlama verən jurnalist Trampın davranışını “absurd” adlandırıb və əlavə edib ki, suallar təhqiredici və ya təxribat xarakterli verilməyib. 

"AzPolitika.info"


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью