Jurnalistin xanımı əməliyyatdan sonra öldü

10.01.2025

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin əməkdaşı, jurnalist Niftulla Məmmədliyə ağır itki üz verib.

Lent.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar.

Belə ki, jurnalistin xanımı Günel Məmmədli bu gün səhər saatlarında vəfat edib. Məlumata əsasən, mərhum ötən il dekabrın 24-də qeysəriyyə üsulu ilə qız övladı dünyaya gətirib. Bu gecə onun vəziyyəti pisləşib və Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Burada görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, doğum özəl klinikalardan birində baş tutub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью