Jurnalistlər kinoteatrlarda pulsuz filmə baxa biləcəklər

21.07.2025

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Milli Mətbuatımızın 150 illik yubileyi münasibətilə “CineMastercard” premium kinoteatrlar şəbəkəsi media nümayəndələrinə istənilən filmə pulsuz bilet, həmçinin popkorn və içki təqdim edir.

Modern.az xəbər verir ki, hədiyyəni əldə etmək üçün aşağıdakıları etmək zəruridir:

- 22 iyulda istənilən “CineMastercard” kinoteatrına gəlmək
- Mətbuat əməkdaşı olduğunu təsdiq edən vəsiqəni təqdim etmək
- Qısa bir blankı doldurmaq
- İstənilən filmi seçmək

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью