Jurnalistlərə medal veriləcək

23.01.2025

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə medal təsis ediləcək.

Ölkə.az xəbər verir ki, bununla bağlı "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişiklik edilməsi təklif olunub.

Dəyişiklik layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью