Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Bəli, "Karvan-Yevlax"la razılaşdıq, təzminatımı ödədilər. Bu komandaya uğurlar arzulayıram. Təbii ki, orada olduğum müddətdə komandaya ən yaxşısını verməyə çalışdım. Ümidvaram ki, onlar Premyer Liqada qalacaq".
Bu sözləri Sportal.az saytına açıqlamasında Azər Həşimov deyib. “Karvan-Yevlax” yollarını ayırsa da, uzun müddət təzminatını ödəmədiyi gənc mütəxəssisi razı sala bilib. Belə ki, Həşimov qaydalar çərçivəsində müqaviləsinə xitam verilməsinə razılıq verib. O, məsələni gündəmdə saxladığı üçün jurnalistlərə də təşəkkürünü bildirib:
"Jurnalistlərə də təşəkkür edirəm ki, hər zaman mənimlə maraqlandılar, daim işin nə yerdə olduğunu soruşdular, mənə dəstək oldular, məsələni gündəmdə saxladılar. Buna görə də jurnalistlərə minnətdaram".
Yevlax klubunun sabiq çalışdırıcısı məşqçilik karyerasına davam etmək istədiyini söyləyib: "Premyer Liqada baş məşqçi kimi ilk dəfə idi ki, işləyirdim. Mənim üçün də yaxşı təcrübə oldu. Əlbəttə, bundan sonra da təkliflər ola bilər. Özümü məşqçi kimi görürəm futbolda. İnanıram ki, təkliflər olacaq və mən də işləməyə hazıram".
Mirbağırağa
saytlarin hazirlanmasi