Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kulis.az Eminqueyin “Həmişə İmam üçün ağlayanda, bir dəfə də Yezid üçün ağla” adlı yeni yazısını təqdim edir.
“Yalançının evi yandı, heç kim inanmadı” Çox qədim zamanlarda adı hər nəsə olan kənd sakini qəfil dünyasını dəyişəndə qadınların ah-vayı evlərin bacalarından üzü yuxarı, dağlara, dağlardan da ərşə ucalırdı.
Yəni, səs əvvəlcə şaquli hadisəyə çevrilirdi. Filankəsin ölümündən əvvəlcə Allahın xəbəri olurdu.
Sonra isə küçə-küçə, qapı-qapı qulaqlara çatırdı. Yəni, səsin sonrakı taleyi üfüqi idi. “Ələmdar öldü”. Xəbərin ilkin variantı bu idi.
Kənd camaatı səsin haradan gəldiyini yaxşı bilirdi. Bu bilməkliyi bir az da sərrastlaşdıran Ələmdarın uzun sürən xəstəliyi, arvadının onun v
Ələmdarın ölümünə bütün kənd hazır idi. Artıq hamı yaxşı bilirdi ki, çox keçməyəcək, Ələmdargilin qapısına başsağlığına gələcəklər.
Bircə şey çatmırdı – Ələmdarın ölümü, arvadların ağlaşması, qapının ağzında siqaret çəkən kişilər. *** Azər Baxşəliyev də Ələmdar kimi öldü.