K vitamini çatışmazlığı ciddi fəsadlara yol aça bilər

03.06.2025

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

K vitamini bədənimizdə qanın laxtalanması, sümük sağlamlığı və ürək-damar sistemi üçün vacib rol oynayır.

News24.az Pravda.az-a istinadla bildirir ki, bu vitaminin çatışmazlığı zamanı bədəndə tez-tez göyərmələr, diş ətində və ya göbək nahiyəsində qanaxma, qırmızı nöqtəli səpkilər, zəif sümük quruluşu kimi əlamətlər müşahidə oluna bilər.

Həkimlərin sözlərinə görə, K vitamini əskikliyi xüsusilə körpələrdə, bağırsaq xəstəliyi olanlarda və antibiotik qəbul edənlərdə daha çox görülür. Çatışmazlıq halında ispanaq, brokoli, kələm, cəfəri, yumurta və süd məhsulları kimi K vitamini ilə zəngin qidaların rasiona əlavə edilməsi tövsiyə olunur.

Xəbərdarlıq: Vitamin əlavələri qəbul etməzdən əvvəl həkim və ya dietoloqla məsləhətləşmək vacibdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью