Kaan Ayhan: A Millətlər Liqasına yüksəlmək istəyirik

19.03.2025

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Milli futbolçu Kaan Ayhan UEFA Millətlər Liqasının pley-off mərhələsində Macarıstanı keçərək A Millətlər Liqasına yüksəlmək istədiklərini bildirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kaan Ayhan açıqlamasında deyib:

"Mən mental olaraq daha dinamik komanda gördüm. Biz buna uyğun hazırlaşmağa çalışırıq. Millətlər A Liqasına yüksəlmək istəyirik. Düşünürəm ki, buna layiqik. Komanda da belə düşünür. Çətin matçdır. Macarıstan 1000-ci oyununu keçirəcək. Onlar yüksək motivasiyalı ola bilər, amma gülümsəyənlər biz olmaq istəyirik. 2 ildən sonra İstanbulda oynayırıq. Bunun və buradakı azarkeşlərin coşqu və həyəcanı ilə çətin anlar olacağını bilirik. Ümid edirəm ki, Macarıstan üçün daha çətin oyun olacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью