Kaan üçüncü dəfə səmaya qovuşacaq | Icma.az
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyənin müdafiə sənayesi şirkəti tərəfindən istehsal edilən "Kaan" döyüş təyyarəsi ilin sonunadək yenidən uçuş sınağı keçirəcək.
Modern.az bu barədə TRT kanalına istinadən xəbər verir. 5-ci nəsil döyüş təyyarəsi layihəsi uçuş sınağı üçün hazırlıqlar davam edir.
"Hazırda tarix vermək bir az çətin ola bilər, ancaq bu il ərzində uçuş sınağı planlaşdırırıq", - təyyarənin istehsalı ilə məşğul olan TUSAŞ şirkətinin baş direktoru Mehmet Demiroğlu deyib.
Qeyd edək ki, "Kaan" ilk uçuşunu 21 fevral 2024-cü ildə həyata keçirib.
Təyyarənin ilkin olaraq Türkiyə Hərbi Hava Qüvvələrinin inventarında olan köhnə F-4 və F-16 təyyarələrini əvəz edəcəyi və daha sonra xarici ölkələrə ixrac ediləcəyi gözlənilir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu