Kabab bişirərkən bıçaq xəsarəti aldı

29.05.2025

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yevlax sakini bıçaq xəsarəti alıb.

"Unikal"ın məlumatına görə, hadisə Gülövşə kəndi yaxınlığında baş verib

1969-cu il təvəllüdlü kənd sakini Mövsümov Rəşad Adil oğlu axşam saatlarında qarın nahiyəsindən aldığı bıçaq yarası ilə təcili xəstəxanaya çatdırılıb və dərhal cərrahi əməliyyata alınıb.

Yaralı şəxs "həyətdə kabab bişirərkən yıxıldığını və bu zaman qarnına bıçaq batdığını" deyib.

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью