Kabayeva idmanı siyasətə qatanları qınadı VİDEO

17.04.2025

Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu dəfə o, gimnastların Beynəlxalq Gimnastika Federasiyasının (FIG) keçirdiyi turnirlərdə iştirak etməməklə bağlı qərarını dəstəkləyib.
“Nebesnaya qraçiya” Bədii Gimnastika Akademiyasının yaydığı videoçarxda Kabayeva digər diqqət çəkən fikirlər də səsləndirib.
"Bizə neytral status verilmədi. Niyə? Çünki qızımız sosial şəbəkələrdə Qələbə Günü münasibətilə təbrik paylaşmışdı. Biz Beynəlxalq Olimpiya Komitəsində göstərilən şərtlərə nəzər salsaq görərik ki, orada bu barədə heç nə yazılmayıb. O, nasizmdən danışmayıb, vətənpərvərlikdən söz açıb", - Kabayeva deyib.
Keçmiş olimpiya çempionu həmçinin FIG-i Rusiyanın öz bayrağı və himni ilə digər ölkələrlə idman rəqabəti aparmasına icazə verməyə çağırıb.
"İdman da incəsənət kimi siyasətdən kənarda olmalıdır", - Kabaeva əlavə edib.
Tural Tağıyev
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью