Kabel oğruları paytaxtı işıqsız qoydu

13.12.2024

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qazaxıstan paytaxtı Astanada kabel oğurluğu səbəbindən bir neçə saat işıq olmayıb.

Modern.az xəbər verir ki, bu barədə Astananın enerji şirkətinin mətbuat xidməti məlumat yayıb.

“Dekabrın 13-də “Çubarı” yarımstansiyasında 10 kilovoltluq elementlər kəsilib. Limitdə üç paylama məntəqəsi var. Səbəb kabel xəttinin oğurlanması olub”, - məlumatda bildirilib.

Qeyd olunur ki, hazırda yaşayış binalarına elektrik enerjisinin verilməsi bərpa olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью