Kabellərin alınmasına 1 milyon manat xərclənəcək

04.02.2025

Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.

"İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" elektrik kabellərinin satın alınması ilə bağlı açıq tender elan edib.

Teleqraf.com dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, ümumilikdə 38,685 ədəd müxtəlif ölçülü kabellərin satın alınması üçün ehtimal olunan qiymət 901 min 510,65 manatdır.

Müsabiqədə iştirak haqqı 450 manatdır. Tenderlə bağlı təkliflərin son təqdim olunma tarixi 26 martdır. Zərflər də həmin gün açılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью