Kabellərsiz enerji ötürülməsi mümkün oldu

30.01.2026

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Finlandiya alimləri elektrik enerjisinin fiziki kabellərdən istifadə olunmadan, havadan ötürülə biləcəyini sübut ediblər.

Milli.Az-ın məlumatına görə, elektromaqnit dalğaları və lazer əsaslı texnologiyalar vasitəsilə həyata keçirilən sınaqlarda enerjinin boşluqdan ötürülməsi mümkün olub.

Bildirilir ki, bu üsul kabel və prizlərə ehtiyacı aradan qaldırmaqla yanaşı, ötürülmənin nəzarətli, təhlükəsiz və səmərəli şəkildə aparılmasına imkan yaradır.

Yeni texnologiyanın gələcəkdə şəhər infrastrukturunda, elektron cihazların enerji təminatında, eləcə də fövqəladə hallar zamanı və ucqar ərazilərdə elektrik enerjisinin ötürülməsində mühüm rol oynaya biləcəyi qeyd olunur.

Bununla belə, qlobal miqyasda tətbiq üçün əlavə sınaqlara və uzunmüddətli inkişaf prosesinə ehtiyac olduğu vurğulanır.

Mina Mikayılova
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью