Kabil susuz qalan ilk şəhər ola bilər

09.06.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Əfqanıstanın paytaxtı Kabil dünyada susuz qalan ilk müasir şəhər ola bilər.

Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" yazıb.

Nəşrin məlumatına görə, son on il ərzində sürətli inkişaf və iqlim dəyişikliyi səbəbindən Əfqanıstan paytaxtında suyun səviyyəsi 30 metr aşağı düşüb. Buna görə də, şəhərin içməli su mənbəyi olan quyularının demək olar ki, yarısı quruyub.

Bu tendensiyalar davam edərsə, 2030-cu ilə qədər Kabilin bütün sulu təbəqələri quruyacaq və bu, şəhərin yeddi milyon sakininin mövcudluğuna təhlükə yaradacaq.

Qeyd olunur ki, bu gün suyun çəkilməsi həcmi onun bərpası sürətini üstələyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью