News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. “Heç kim televiziyaya qadağa qoya bilməz. Qadağanı televiziya qoyur.
Biz heç kimin hədə-qorxusu və qadağası ilə iş görməmişik, görməyəcəyik də”.News24.az xəbər verir ki, bu sözləri “Rəngarəng” verilişinin aparıcısı Zaur Nəbioğlu efir zamanı həmkarı Tarix Əliyevə ünvanlayıb.
Tarix Əliyevin ünvanına dediyi sözlərdən qəzəblənən Zaur Nəbioğlu səssizliyini pozaraq qarşı tərəfi ifşa edib:“Deyə bilərsən ki, mən istəmirəm bu qalmaqal olsun, televiziya işçilərinin əksəriyyəti dostlarımdır, onlarla danışdım və s.
o başqa məsələdir. Mənimlə danışıb və ona demişəm ki, sakitləş sonra danışarıq. Mən televiziya qanunlarını çox yaxşı bilirəm.
Biz onlardan çıxmırıq. Vəfa Şərifova özü istəyərək deyib ki, mən bu mövzuda danışmaq istəyirəm.
Şəbnəm Tovuzlu verilişə baxdığı halda mənə yazıb ki, bu mahnıdan da danış. Mən də ona görə o sualı vermişəm.
Bu gün heç kəs belə veriliş edib o qonaqları çağıra bilməz. Niyə çağıra bilirik? Çünki o qonaqların özləri danışmaq istəyir.
Sənət aləmi ilə bağlı elə şeylər bilirəm ki, danışsam yer yerindən oynayar. Qonaqlar istəməyib deyə danışmamışam.