Kabo Verde millisinin üzvü “Qarabağ”ın “radar”ında

11.07.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın “Akron” klubunun futbolçusu Gilson Bençimol karyerasını Azərbaycanda davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Qarabağ” kabo verdeli hücumçunu transfer etmək istəyir. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. “Atlılar”ın 24 yaşlı futbolçu ilə danışıqlara başladığı bildirilib.

Gilson ötən mövsüm 26 oyunda 12 qol vurub. Hücumçu Kabo Verde millisi ilə dünya çempionatında çıxış edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью