Kadi azarkeşləri “Neftçi” ilə oyuna dəvət etdi

17.04.2025

Icma.az bildirir, Idmanxeber.az portalına istinadən.

“Salam, “Qarabağ” azarkeşləri! Kadi sizi salamlayır. Qarşıdakı oyuna gəlib bizi dəstəkləməyinizi gözləyirik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Kadi Borges azarkeşləri  Misli Premyer Liqasının 31-ci turunda “Neftçi”yə qarşı keçirəcəyi matça çağırarkən deyib. O, daha sonra belə davam edib:

“Siz bizim üçün çox önəmlisiniz. Siz bizi stadiondan dəstəkləyəndə inanılmaz dərəcədə fərq hiss edirik. Oyuna gəlin, birlikdə qələbə qazanaq!”

Qeyd edək ki, aprelin 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Neftçi” matçı saat 20:00-da başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью