Kadi Bogres ÇL in iştirak ərizəsindən çıxarıldı Onu Montiel əvəzlədi

21.11.2025

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

“Qarabağ” zədələnərək 2 aylıq sıradan çıxan Kadi Borxesi Çempionlar Liqasının iştirak ərizəsindən çıxarıb.

“Qafqazinfo” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu braziliyalı yarımmüdafiəçini ispan futbolçu Joni Montiellə əvəzləyib. 

J.Montiel ÇL-in növbəti turunda “Napoli” ilə matçda Qurban Qurbanovun sərəncamında olacaq. 

UEFA İcraiyyə Komitəsinin yayda çıxardığı qərara əsasən, avrokuboklarda bir futbolçu ən azı 2 aylıq sıradan çıxsa, onu iştirak ərizəsində başqası əvəzləyə bilər.

Qeyd edək ki, Kadi Borges Çempionlar Liqasının 4-cü turunda “Çelsi” ilə matçda zədələnib və 2 aylıq sıradan çıxıb. 

Xatırladaq ki, “Qarabağ” noyabrın 25-də Çempionlar Liqasının Liqa mərhələsinin V turunda İtaliyada “Napoli”nin qonağı olacaq.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью