Icma.az, Fanat portalına istinadən məlumat verir.
Dünən UEFA Konfrans Liqası pley-off mərhələsinin cavab matçında "Qarabağ" "Tvente" ilə qarşılaşıb. Ağdam təmsilçisi 1:4 hesabı ilə məğlub olaraq, avrokubokla vidalaşıb.
Fanat.Az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Kadi Borges oyunla bağlı fikirlərini bildirib:
"İndi nəsə demək çətindir. Çünki duyğularımız yüksəkdir və nəsə danışmaq olmur. Ancaq əlimizdən gələni etməyə çalışdıq. Bu dəfə liqa mərhələsinə vəsiqə qazana bilmədik. Lakin başımızı dik tutmalıyıq, yolumuza davam etməliyik və bundan sonra daha yaxşı olacağımıza inanmalıyıq".
Əlisahib İbrahimli