Kadi Borges: Əsl komanda ruhunu göstərdik

17.02.2025

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Çox çətin oyun oldu. Qarşılaşmanın ilk dəqiqələrindən azlıqda qaldıq. Amma əsl komanda ruhunu göstərdik". Sport24.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Kadi Borges deyib.
Braziliyalı oyunçu "Neftçi"yə səfərdə 1:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XXIII turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
"İkinci hissədə də komanda olduğumuzu göstərdik. Yekunda birliyimiz nəticəsini verdi və görüşdən müsbət nəticə ilə ayrılırıq".
O, qazandıqları penalti epizodu barədə də fikirlərini bölüşüb: "Aşkar penalti idi. Rəqibin haradan gəldiyini görmədim. Topa təması yox idi".

Oyunçu qələbə inandıqlarını vurğulayıb:

"İlk dəfə belə halla üzləşməmişik. Bu gün həqiqətən də əsl xarakter göstərdik. "Neftçi" - "Qarabağ" oyunu Azərbaycan klassikasıdır. Bütün ölkənin diqqəti bu oyunda olur. Əsas odur ki, bu matçdan müsbət nəticə ilə qayıtdıq. Düşünürəm ki, yaxşı formadayam. Daha yaxşı performansımla komandama fayda verməyə çalışacağam".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью