Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
“Qarabağ”ın futbolçusu Kadi Borgesin cəzası açıqlanıb.
Futbolpress.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib. Premyer Liqanın IV turunda “Sumqayıt”la oyunda qırmızı vərəqə alan yarımmüdafiəçi bir oyun şərti olmaqla, üç oyunluq cəzalanıb.
“Qarabağ” futbolçusunun cəzasına görə 3 000 manat məbləğində cərimələnib.
“Sumqayıt” – “Qarabağ” görüşü qonaqların qələbəsiylə başa çatıb – 1:0.