Kadi Borges parataekvondoçuların məşqində iştirak edib

30.10.2025

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

"Qarabağ"ın braziliyalı futbolçusu Kadi Borges parataekvondoçuların məşqində olub.

Apasport.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin (MPK) mətbuat xidməti məlumat yayıb.

Futbolçu "Qarabağ"la yanaşı, özünün də pərəstişkarı olan gənc parataekvondoçu Amin Əliyevlə görüşüb. MPK-nın təşkilatçılığı ilə Azərbaycan Taekvondo Federasiyasının məşq zalında baş tutan görüşdə Ağdam təmsilçisinin üzvü ona öz formasını hədiyyə edib.

Səmimi anlarla yadda qalan görüşün paralimpiyaçılar üçün növbəti yarışlardan əvvəl böyük motivasiya və ruh yüksəkliyinə səbəb olacağı qeyd edilib.

“Kəpəz” Azərbaycan Kubokunda 200-cü qolunu vurub Günün oyunları bu kanallarda “Sumqayıt” bunu bacaran 20-ci komandadır Cüdo üzrə region birinciliyi keçiriləcək Millimiz Avropa çempionatının seçmə mərhələsində sonuncu görüşünü keçirəcək
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью