Kadi Borges: Qarşıda bizi daha çətin sınaqlar gözləyir

28.08.2025

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Bizə dəstəyini əsirgəməyən, daima yanımızda olan azarkeşlərimizi sevindirmək üçün Çempionlar Liqasının əsas mərhələsində əlimizdən gələni edəcəyik.

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın futbolçusu Kadi Borges UEFA Çempionlar Liqasının əsas mərhələsində yüksəlmələri barədə danışarkən deyib.

Yarımmüdafiəçi Çempionlar Liqasının əsas mərhələsinə hazırlaşmaq üçün vaxtlarının olduğunu bildirib: “Yaxşı hazırlaşıb, orada da uğurlu oyunlar keçirmək istəyirik. Azarkeşlərimiz buna layiqdirlər”.

Braziliyalı futbolçu qarşıda onları daha çətin sınaqların gözlədiyini vurğulayıb: “Artıq diqqətimizi tam şəkildə liqa mərhələsinə yönəltmişik. Hazırlıq üçün kifayət qədər vaxtımız olacaq və həmin mərhələyə maksimum hazır olmağa çalışacağıq. Bu uğurun payı təkcə futbolçuların deyil, həm də tribunada bizi bir an belə tək qoymayan azarkeşlərindir”.

Qeyd edək ki, “Qarabağ” iki oyunun nəticəsinə əsasən Macarıstanın “Ferensvaroş” komandasına 5:4 hesabı ilə qalib gələrək Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью