Kadi Borxes “Qarabağ”a qayıdır

04.02.2025

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qarabağ” qış transfer dönəmindəki səssizliyini pozmağa hazırlaşır.

“Qafqazinfo” matc.az-a istinadən xəbər verir ki, Ağdam klubu yeni transferə yaxındır.

Belə ki, sabiq futbolçu Kadi Borqes “Qarabağ”a qayıtmaq üzrədi. Ötən ilin yayında Macarıstanın “Ferensvaroş” klubuna keçən braziliyalı vingerin “Qarabağ”la danışıqları müsbət yekunlaşdığı söylənilir. Yaxın günlərdə keçidin rəsmiləşməsi gözlənilir. Lakin transferin detalları hələ bəlli deyil.

Qeyd edək ki, Kadi Borqes 2021-ci ilin yayından 2022-ci ilin sonuna qədər “Qarabağ”ın formasını geyinib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью