Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kadi geri döndü
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
“Qarabağ”ın futbolçusu Kadi Borqes uzun müddətdən sonra zədəsini sağaldıb.
QOL.az xəbər verir ki, futbolçu 3 aylıq fasilədən sonra bu gün “Turan Tovuz”a qarşı keçirilən matçın 84-cü dəqiqəsində meydana çıxıb. O, Marko Yankoviçi əvəzləyib.
Xatırladaq ki, futbolçu ötən ilin noyabrında UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda keçirilən “Qarabağ” - “Çelsi” matçında (2:2) zədələnmişdi. Braziliyalı yarımmüdafiəçi oyunun 31-ci dəqiqəsində əvəz olunmuşdu.
Qeyd edək ki, bu, Kadinin ötən ilin oktyabrında "İmişli"yə qarşı keçirilən matçdan sonra Misli Premyer Liqasında ilk qarşılaşması olub.