Kadi iki ildən sonra avrokubokda ilk qolunu vurdu

29.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

UEFA Avropa Liqasında Liqa mərhələsinin 5-ci turuna yekun vurulub.

"Cebheinfo.az" xəbər verir ki, “Qarabağ”ın sabiq üzvü Kadi Borgesin çıxış etdiyi Macarıstanın “Ferentsvaroş” klubu öz meydanında “Malmö” (İsveç) ilə qarşılaşıb və 4:1 hesablı qələbə qazanıb.

Oyunda 3-cü qolu vuran Kadi ilk qolun ötürməsini də verib. Braziliyalı yarımmüdafiəçi matçın ən yaxşısı seçilib.

Qeyd edək ki, Kadi Avropa kuboklarında son qolunu 2022-ci ilin yayında “Qarabağ”la Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Sürix”ə vurmuşdu.

Əlavə edək ki, “Ferentsvaroş” hazırda Avropa Liqasında 9 xalla 11-ci pillədə qərarlaşıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью