Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu günlərdə “Ferensvaroş”dan “Qarabağ”a transfer olunan Kadi Borges bu gün “Səbail”lə matçda meydana çıxıb.
Bakupost.az xəbər verir ki, 28 yaşlı braziliyalı Misli Premyer Liqasının 22-ci turunun 83-cu dəqiqəsində Aleksey İsayevin əvəzinə meydana daxil olub. Kadi meydanda olduğu qısa müddətdə komandasının 2 qolunun vurulmasının birbaşa iştirakçısı olub.
O, 85-ci dəqiqədə Leandro Andradeyə 3-cü qolun ötürməsini edib. 88-ci dəqiqədə Kadi özü başla gözəl qol vurub.
Matç isə “Qarabağ”ın 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Kadi son dəfə “Qarabağ”la 2022-ci ilin dekabrında çempionat oyununa çıxmışdı.