“Kadi üzr istədi”

28.03.2025

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Turan Tovuz”un qapıçısı İvan Konovalov Misli Premyer Liqasının 28-ci turunda “Qarabağ”a qarşı keçirilən oyunda (1:4) rəqib futbolçu Kadi Borgeslə aralarındakı insidentə münasibət bildirib.

QOL.az xəbər verir ki, oyundan sonra jurnalistlərə açıqlamasında rusiyalı qolkiper bu barədə geniş danışmaq istəmədiyini söyləyib. 

“Kadi penaltidən hesabı açdıqdan sonra sizə nə dedi ki, insident yaşandı?” sualına cavabında Konovalov deyib:

“Bu, ikimiz arasında olan məsələdir. O, daha sonra hərəkətinə görə üzr istədi. Odur ki, bu məsələni müzakirə etməyə dəyməz. O dedi, mən dedim, daha sonra yaxınlaşdı və sözlərinə görə üzrxahlıq etdi”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью