Kadidən 40 cı qol

04.04.2026

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kadi Borges “Qarabağ”ın heyətində 40-cı qolunu vurub.

"Football-plus.az" xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ölkə kubokunun 1/2 final mərhələsinin “Sabah”la qarşılaşmasında (2:2) dubl müəllifi olub. O, bununla da Ağdam təmsilçisində keçirdiyi 123-cü matçda qol sayını “40”a çatdırıb.
Cənubi amerikalı premyer-liqada 24 (70 oyunda), ölkə kubokunda 6 (14 oyunda), avrokuboklarda 10 (39 oyunda) qola imza atıb. Kadi “Qarabağ”ın tarixində 40 və daha çox qol vuran 18-ci futbolçudu.
Borges “Qarabağ”da ilk qolunu 2021-ci il avqustun 12-də Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin AEL (Cənubi Kipr) ilə ev oyununda vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью