Kadıoğlu Uels və Monteneqro ilə matçları kənardan izləyəcək

12.11.2024

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İngiltərənin "Brayton" klubunun formasını geyinən Ferdi Kadıoğlunun adı Türkiyə millisinin heyətindən çıxarılıb.

Fanat.Az xəbər verir ki, məlumatı yerli federasiyanın mətbuat xidməti yayıb.

Ferdi zədəli olduğu üçün "ay-ulduzlular"ın UEFA Millətlər Liqasında Uels və Monteneqroya qarşı keçirəcəyi matçları kənardan izləyəcək.

Almaniyanın "Frayburq" klubundan Eren Dinkci və U-21-dən Yasin Özcan ("Kasımpaşa") yığmaya cəlb olunublar.

Qeyd edək ki, Türkiyə yığması noyabrın 16-da Uels, üç gün sonra isə Monteneqro ilə qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью