Kadir İnanırın mirası kimə qalacaq?

25.07.2026

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Türkiyənin tanınmış aktyoru Kadir İnanırın vəfatından sonra onun mirası və vəsiyyəti ilə bağlı yeni detallar ortaya çıxıb.

AZXEBER.COM xəbər verir ki, sənətçi 2015-ci ildə bir, 2022-ci ildə isə notarius iştirakı ilə daha iki ayrı vəsiyyətnamə hazırlayıb. 

Bildirilir ki, hazırda məzmunu gizli saxlanılan vəsiyyətnamələr sentyabrda açılacaq. Bundan sonra Kadir İnanırın mal varlığını kimlərə vəsiyyət etdiyi rəsmi şəkildə məlum olacaq.

Qeyd edək ki, uzun müddət səhhətində yaranan problemlərlə mübarizə aparan Kadir İnanır iyunun 27-də, 77 yaşında vəfat edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью