Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
Türkiyəli mərhum aktyor Kadir İnanırın 27 illik həyat yoldaşı Jülide Kurala vəsiyyət etdiyi mirasın məbləği ortaya çıxıb.
Axşam.az xəbər verir ki, aktyorun bank hesablarında təxminən 60 milyon türk lirəsi (2 milyon 22 min manat) olduğu iddia edilib. Bildirilib ki, Kadir İnanır 9 may 2022-ci ildə notariusda vəsiyyətnamə hazırladaraq əmlakını Jülideyə vəsiyyət edib.
Vəsiyyətnaməyə bank hesablarındakı vəsaitlə yanaşı, daşınmaz əmlak, avtomobillər, şəxsi əşyalar və müəllif hüquqlarının da daxil olduğu bildirilir.
Məlumata əsasən, aktyorun vəsiyyətnaməsinin 17 dekabr 2026-cı ildə məhkəmədə açılması gözlənilir.