Kadir İnanırın vəsiyyəti barədə İLK AÇIQLAMA

27.06.2026

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

77 yaşında dünyasını dəyişən türk kinosunun tanınmış simalarından olan Kadir İnanırın qardaşı oğlu onun vəsiyyəti olub-olmaması ilə bağlı açıqlama verib.

Ölkə.az xəbər verir ki, Kadir İnanırın ölümündən sonra qardaşı oğlu Levent İnanır məşhur sənətçinin son arzuları və vəsiyyəti ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Levent İnanır əmisinin çox sevildiyini və hər kəsin zəng edərək başsağlığı verdiyini bildirib: "Onu tanıyan və ya tanımayan hər kəs onun üçün dua edib. Onun bu qədər sevildiyini bilmirdim".

Əmisi Kadir İnanırın vəsiyyəti haqqında danışan Levent İnanır bunları deyib: "Onun heç bir xüsusi xahişi, arzusu və vəsiyyəti yox idi. Kadir İnanıra layiq olduğu şəkildə son mənzilə yola salmaq üçün əlimizdən gələni edəcəyik".

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью