Kadırov AzALın qəzaya uğrayan təyyarəsində 25 nəfərin sağ qaldığını bildirib

25.12.2024

Icma.az bildirir, Apa.az portalına istinadən.

Çeçenistan rəhbəri Ramzan Kadırov Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Kadırov teleqram kanalında yazıb.

"Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları” aviaşirkətinin Aktauda qəzaya uğrayan sərnişin təyyarəsinin həlak olan sərnişinlərinin yaxınlarına başsağlığı verirəm", deyə Çeçenistan rəhbəri qeyd edib.
Kadırov təyyarə qəzasından 25 nəfərin sağ qurtulduğunu bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью