Icma.az bildirir, Modern.az portalına istinadən.
Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edib.
Modern.az xəbər verir ki, o, bu barədə Bakıda Prezident İlham Əliyevlə görüşündə bildirib.
“Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, xalqınızı Qarabağ məsələsinin həlli münasibətilə təbrik etmək istərdim. Əminəm ki, bölgədə daim sülh və sabitlik hökm sürəcək”, – deyə Kadırov vurğulayıb.
Çeçenistan başçısı Azərbaycan xalqına sülh, sabitlik, əmin-amanlıq və tərəqqi arzulayıb.