Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir. Onun son açıqlamaları kriminal xarakterini bir daha ortaya qoyurKadırov onu Qazax
“Əgər məni haqsız yerə ittiham etsəniz və ya təhqir etsəniz, şərəf və ləyaqətimə toxunmağa cəhd etsəniz, özümü qorumaq üçün qanuna arxalanma
Ailəmi, xalqımı və namusumuzu qorumaq üçün hər vasitədən istifadə edəcəyəm.
Xalqıma, ailəmə və ya özümə hörmətsizlik edənlərə müvafiq cavab veriləcək. Bunu sizə söz verirəm”.
- , deyə Kadırov bildirib.Qeyd edək ki, bu ittihamları onun Telegram kanalına yazanların əksəriyyəti azərbaycanlılardır.Mövzu ilə bağlı "Sherg.az"a danışan politoloq Oqtay Qasımov bildirib ki, Kadırovun Telegram kanallarında verdiyi açıqlamalar onun mövqeyini aydın şəkildə göstərdi:"Günahkarlar adətən öz məsuliyyətlərini gizlətmək üçün müxtəlif yollar axtarırlar və Kadırovun azərbaycanlıları təhdid etməsi, aqressiv ritorikası bunun nümunəsidir.
Onun despotik və kriminal rejimi Çeçenistanda qorxu və təlaş mühiti yaratmağa xidmət edir.
Ukrayna müharibəsi zamanı Kadırova bağlı qüvvələrin "xarüqələr yaradacağı" barədə iddiaların boşa çıxması, onun arxalandığı qüvvələrin zəifliyini ortaya qoydu.
Hesab edirəm ki, Bakı-Qroznı istiqamətində baş verən təyyarə qəzası dərhal və hərtərəfli araşdırılmalıdır.