Kadırov Maskın ona “Cybertruck” hədiyyə etmədiyini etiraf edib

04.12.2024

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Çeçenistan lideri Ramzan Kadırov İlon Maskın ona “Cybertruck” avtomobili hədiyyə etmədiyini etiraf edib.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Kadırov bunun bir zarafat olduğunu bildirib.

“Mən İlon Maskın özü ilə maraqlanıram, onun xarakterini, həyat tərzini, davranışını, həyatdakı mövqeyini bəyənir, sosial şəbəkələr vasitəsilə onunla zarafat etməyi xoşlayıram. O mənə avtomobil hədiyyə etməyib. Avtomobil mənim deyil. Sadəcə ağlıma gəldi və mən zarafat etmək qərarına gəldim”, - deyə o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью