Kadırov məxfi görüntüləri paylaşdı: Hücum anı... Video

20.04.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin Rusiya dövlət sərhədini keçməsini əks etdirən video paylaşıb.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Kadırov Teleqram hesabında məlumat yayıb.

Kadırovun sözlərinə görə, Ukrayna əsgərləri Rusiya Müdafiə Nazirliyinin 204-cü xüsusi təyinatlı "Əhməd" (Axmat) alayının hücum bölmələrindən biri tərəfindən müəyyən edilib:

“Tezliklə atışma başladı və təxribatçılar məhv edildi. Rusiya artilleriyası diversantlara dəstək verən Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinə bir sıra dəqiq zərbələr endirib”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью