Icma.az bildirir, GlobalInfo portalına istinadən.
Çeçenistan Respublikasında səhiyyə sahəsində müsbət dəyişikliklər müşahidə olunur.
Globalinfo.az xəbər verir ki, bunu Respublika rəhbəri Ramzan Kadırov bildirib. Onun sözlərinə görə, regionda körpə ölümü 17,6%, qan dövranı xəstəliklərindən ölüm isə 6,4% azalıb.
Kadırov özünün Teleqram kanalında yazıb ki, bu nəticələr tibbi xidmətin keyfiyyətini və əlçatanlığını artırmaq məqsədilə görülən səylərin bir hissəsidir. O qeyd edib:
“Diqqətəlayiq nailiyyətlər arasında qan dövranı xəstəliklərindən ölüm hallarının 6,4% və körpə ölümünün 17,6% azalması var”.
Respublika rəhbəri vurğulayıb ki, ötən il milli layihələrin bütün planlaşdırılan göstəricilərinə nail olunub və bu da qeyd olunan nəticələrin əldə edilməsinə imkan yaradıb.
Tahir Turan
Globalinfo.az