Kadırov ölümlə üzləşdi

24.07.2025

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Rusiyanın Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov istirahət üçün getdiyi Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda dənizdə boğulma təhlükəsi ilə üzləşib.

"Ölkə.az" xəbər verir ki, sahil təhlükəsizlik əməkdaşları tərəfindən sahilə çıxarılan Kadırov təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

İddiaya əsasən, dənizə girən Çeçenistan başçısı qəfil çırpınmağa başlayıb. Sahilə çıxarılan Kadırova ilk tibbi yardım elə orada göstərilib.

Məlumata görə, xəstəxanada müalicə edilən Kadırovun sağlıq durumu yaxşıdır. Bir müddət həkim müşahidəsi altında saxlanılan Kadırovun həyatı üçün təhlükə yoxdur.(oxu.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью