Icma.az, Bizimyol portalına istinadən məlumat verir.
Çeçenistan lideri Ramzan Kadırov, Rusiya Prezidenti Vladimir Putinin Avropa ilə müharibəyə hazır olduqları barədə açıqlamasını dəstəkləyib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Bizimyol.info xəbər verir ki, bu barədə Kadırov "Telegram" kanalında yazıb.
“Biz mərhəmət etməyəcəyik, Vladimir Vladimiroviç. Əmr gözləyirik! Hər şey çox tez başa çatacaq və Rusiyaya qarşı müharibə başlatmağa cəhd edənlərin xeyrinə olmayacaq”, – deyə o qeyd edib.
Putin isə əvvəllər dəfələrlə bildirib ki, Rusiya Avropa ilə müharibə etmək niyyətində deyil, lakin əgər Avropa müharibəyə başlasa, ölkə dərhal cavab verməyə hazırdır.
Qadir, Bizimyol.info