GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Çeçenistan rəhbəri Ramzan Kadırov daha əvvəl “qan davası” elan etdiyi şəxslərdən biri olan Dağıstanı təmsil edən Federasiya Şurasının senatoru Süleyman Kərimovla Moskvada görüşərək əl sıxıb.
Globalinfo.az xəbər verir ki, əl sıxışmasının fotosu Kadırovun Teleqram kanalında paylaşılıb. O, paylaşımda Kərimovla səmərəli görüş keçirdiyini bildirib.
“Çeçenistan və Dağıstan xalqlarını qardaş hesab edirəm. Onlara bütün işlərində uğurlar arzulayıram”, — deyə Kadırov qeyd edib.
Xatırladaq ki, 2024-cü ilin oktyabrında Ramzan Kadırov senator və milyarder Süleyman Kərimova, eləcə də Dövlət Dumasının deputatları Bekxan Baraxoyev və Rizvan Qurbanova qarşı “qan davası” elan etdiyini açıqlamışdı. O zaman Kadırov Çeçenistan rəhbərliyinə qarşı sifarişli hücum planları ilə bağlı iddialar səsləndirmişdi.
Tahir Turan
Globalinfo.az