Kadırov seçkidə 99,85 faiz səs topladı

21.09.2026

Icma.az bildirir, Milli.az portalına istinadən.

Ramzan Kadırov Çeçenistanda keçirilən regional rəhbər seçkisində 99,85 faiz səs toplayıb.

Milli.Az Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Çeçenistanda səslərin 100 faizi hesablanıb.

Nəticələrə əsasən, "Vahid Rusiya" partiyasının üzvü Ramzan Kadırov 99,85 faiz səs toplayaraq seçkidə qalib gəlib.

Kadırovun rəqibləri "Ədalətli Rusiya" partiyasından İsmayıl Denilxanov və Rusiya Federasiyası Kommunist Partiyasından Xalid Nakayev olub.

Qeyd edək ki, sentyabrın 18-20-də Rusiyada 9-cu çağırış Dövlət Dumasına deputat seçkiləri keçirilib. Bundan əlavə, seçicilər səkkiz regionun rəhbərini və 39 regional parlamentin üzvlərini seçiblər.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью